19 İyul 2019
18 İyul 2019
AŞPA-da Dilqəm və Şahbazla bağlı tədbir keçirildi - FOTOLAR
AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi -FOTOLAR SİYASƏT 18:23 2019-06-25

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan girovluğunda olan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilən tədbir keçirilib.

Unikal.org  report-a istinadən xəbər verir ki, "İki Azərbaycan vətəndaşının humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov, Beynəxlaq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova, hüquq müdafiəçisi Əhməd Şahidov, bir neçə ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri, xarici qonaqlar və digər şəxslər iştirak ediblər.

Tədbiri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva açıb. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında girov götürülmüş azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin durumu, ağır vəziyyətdə saxlanılmaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Ü.Ağayeva deyib ki, ermənilər D.Əsgərov və Ş.Quliyevə əzab verirlər, girovların humanitar və digər hüquqlarını pozurlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı, vəziyyəti haqqında ətraflı məlumat verərək, onların problemlərinin Azərbaycan hökumətinin başlıca qayğısı olduğunu bildirib.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova Ermənistanın D.Əsgərov və Ş.Quliyevi girov götürməklə beynəlxalq hüququ pozduğu konkret maddələrlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Ç.Əsgərov AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqınların və girovların hüquqları məsələsinə biganə yanaşdığını, lakin əvəzində isə Azərbaycana təzyiq göstərməyə xidmət edən məsələləri tez-tez gündəmə gətirdiyini bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, AŞPA-nın üzləşdiyi böhran qurumun məhz bu qəbildən olan məsələlərin həllində acız qalması, onları həll edə bilməməsindən irəli gəlir. S.Seyidov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin D.Əsgərov və Ş.Quliyevin məsələsini qurumda tez-tez və müxtəlif səviyyələrdə qaldırmalarına baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını bildirib. Nümayəndə heyətinin rəhbəri bundan sonar da azərbaycanlı girovların məsələsinin istər AŞPA daxilində, istərsə də digər qurumlar səviyyəsində qaldırılacağını söyləyib. S.Seyidov insan hüquqları naminə bu fundamental prinsipə hörmət edən hər bir kəsi D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün yazılı bəyanata qoşulmağa dəvət edib.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov tədbir iştirakçılarına üzünü tutaraq atasının azad edilməsi üçün ona kömək etmələrini xahiş edib.

Tədbirdə Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizləmə qurbanı olduğunu əks etdirən film nümayiş olunub. Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin insan hüquqları üçün böyük təhlükə olduğu haqqında ətraflı məlumat verən bukletlər paylanılıb.

 


  • AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi -FOTOLAR
  • AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi -FOTOLAR
  • AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi -FOTOLAR
  • AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi -FOTOLAR
  • AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi -FOTOLAR