19 Oktyabr 2019
18 Oktyabr 2019
Zakir Həsənov general rütbələrini təqdim etdi - VİDEO
Zakir Həsənov general rütbələrini təqdim etdi -VİDEO SİYASƏT 18:34 2019-06-25

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Qeyd edək ki, Prezidentin iyunun 24-də imzaladığı sərəncamla Azərbaycan Ordusunun 6 polkovnikinə - Qədir Əşrəf oğlu Nəsibova, Rasim Rza oğlu Babayevə, Vüqar Əfqan oğlu Əliverdiyevə, Polad İsrayıl oğlu Həşimova, İlqar Zakir oğlu Lətifova və Məhəmməd Kərim oğlu Həsənova general-mayor rütbəsi verilib. Bundan əlavə, iki general-mayora - Fuad Nadir oğlu Məmmədov və Zahid İbrahim oğlu Hüseynova isə general-leytenant ali hərbi rütbəsi verilib.