Şirvan şəhərində qadın meyiti tapılıb.

Unikal.org report-a istinadən  xəbər verir ki, hadisə iyunun 25-də axşam saatlarında Kür çayının Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Araşdırmalar zamanı onun Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Fidan Məmmədağa qızı Bayramova olduğu məlum olub. 

Faktla bağlı araşdırma aparılır.