19 Oktyabr 2019
Bakıda polis genişmiqyaslı tədbirlərə başladı (Fotolar)
Bakıda polis genişmiqyaslı tədbirlərə başladı(Fotolar) CƏMİYYƏT 19:49 2019-06-25

Paytaxtda Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.

Unikal.org xəbər verir ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndilmiş tədbirlərdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması digər hallarla bağlı qanunvericilik çərçivəsində fəal iş aparılır.

Paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının – sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılır. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunur.

Binəqədi rayonunda fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul və digər xidmətlərinin əməkdaşları ilə birgə “Unikal.org”un əməkdaşı da iştirak edib. Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

  • Bakıda polis genişmiqyaslı tədbirlərə başladı(Fotolar)