Bakıda dönərxanaların birində zəhərlənmə hadisəsi baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami rayonu, Babək prospekti 65 ünvanında qeydə alınıb. 

Belə ki, zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlardan 2-nin 33, digərlərinin isə 30, 26 və 24 yaşları var. 

Hazırda həmin şəxslərin müalicələri davam etdirilir.