Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Unikal.org xəbər verir ki, Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sabah daha 3 güləşçimiz mübarizəyə qoşulacaq. Bu gün idmançılarımızın rəqibləri müəyyənləşib. 

Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla qarşılaşacaq. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi Radoslav Baran (Polşa) olacaq. Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) isə debütdə Cenni Franssonla (İsveç) gücünü sınayacaq.