20 Avqust 2019
19 Avqust 2019
“Barselona” hücumçusunu satdı
“Barselona” hücumçusunu satdı İDMAN 10:42 2019-06-26

İspaniya çempionu “Barselona”nın hücumçusu Mark Kardona Kataloniya təmsilçisindən ayrılıb.

Unikal.org xəbər verir ki, 23 yaşlı forvard bundan sonra karyerasını “Osasuna”da davam etdirəcək. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Sequnda təmsilçisi 23 yaşlı forvardın transferi üçün “Barsa”ya 2.5 milyon avro ödəyib.

Qeyd edək ki, ispaniyalı futbolçu 2016-cı ildən “Barselona”da çıxış edirdi. O, 2018-ci ilə qədər əvəzedici komandada, ötən mövsüm isə icarə əsasında “Eybar”da oynayıb.