22 İyul 2019
21 İyul 2019
Xətaidə fərdi yaşayış evləri yanır - FHN söndürməyə ÇALIŞIR
Xətaidə fərdi yaşayış evləri yanır -FHN söndürməyə ÇALIŞIR HADİSƏ 13:34 2019-06-26

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evləri yanır.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.