22 İyul 2019
21 İyul 2019
Nazir Bakıda yanan evlərdən danışdı: "Bunu böyük faciə kimi qəbul etməz lazım deyil"
Nazir Bakıda yanan evlərdən danışdı:"Bunu böyük faciə kimi qəbul etməz lazım deyil" CƏMİYYƏT 14:59 2019-06-26

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlama verib.

Unikal.org xəbər verir ki, nazir bildirib ki, ilkin versiyaya görə yanğın quru otdan başlayıb:

“Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Boş 6 hektarlıq ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etməz lazım deyil".

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq:

"Kameralarda yəqin ki var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır".