24 İyul 2019
23 İyul 2019
Lənkəran çayında 23 yaşlı oğlan boğuldu
Lənkəran çayında 23 yaşlı oğlan boğuldu HADİSƏ 16:30 2019-06-26

Lerik rayonunda 23 yaşlı oğlan çayda boğulub.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.