Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün vaxtı açıqlanıb. Görüş G-20-nin Yaponiyanın Osaka şəhərində keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, görüşün Moskva vaxtı ilə 14:00-da keçiriləcəyini söyləyib .

Kremlin nümayəndəsi Rusiya və ABŞ liderlərinin görüşünə 10 saat vaxt ayrıldığını, geniş tərkibdə keçiriləcək görüşdə Suriya, Əfqanıstan, Ukrayna, Venesuela və İran probleminin müzakirə olunacağını qeyd edib .