22 İyul 2019
21 İyul 2019
Abbasovun köməkçisi ispaniyalı olacaq
Abbasovun köməkçisi ispaniyalı olacaq İDMAN 19:03 2019-06-26

“Sumqayıt” FK-nın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, UEFA “A” kateqoriyalı məşqçi Edu Karo İspaniyanın “CF Esplugenc”, “CF Damm”, “Terrassa FC”, “CF Gavà” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.