Avropa Şurasına yeni baş katib seçilib. 

Unikal.org xəbər verir ki, qurumun yeni baş katibi xorvatiyalı Mariya Pelçinoviç Buriç olub. 

Bu gün AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Pelçinoviç Buriç 159 səs, onun rəqibi - belçikalı Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katib səlahiyyətlərinin icrasına sentyabrdan başlayacaq.