İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlu  Cübbəli Ahmet Hoca olaraq tanınan Mahmut Ünlünün seçkilərdən əvvəl "İmamoğluna səs vermək haramdır" deməsinə cavab verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu cavabı hər kəsin marağına səbəb olub. 

O Cübbəlinin cəmiyyətin fikrini dəyişə bilməyəcəyini deyib: 

"Bəhs etdiyiniz bəy əfəndi kim olaraq bu haqqdan istifadə edib.  "Haram ya da halal" olduğunu deyib bunu bilmirəm. Harama, halala qərar verəcək bir statusu olduğunu düşünmürəm. Onu yaradan təqdir edər. Bu cür insanların cəmiyyətin fikrini dəyişdirəcəyini düşünmürəm. Amma əksinə, bəlkə də onun bu açıqlaması səslərimizin artməsina səbəb olub". 

Qeyd edək ki, 23 İyun seçkiləri öncəsi verdiyi açıqlamada "Mənfəətiim üçün danışmıram. Allah rizası üçün danışıram. Fiqhdən fətva verirəm İmamoğluna səs vermək haramdır" deyə bildirmişdi.