Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir.

Unikal.org xəbər verir ki, Gürcüstan Milli Bankının iyunun 28-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8791 lari təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları 0,0321 lari bahalaşıb.

Bir avronun qiyməti isə bugünkü məzənnə ilə müqayisədə 0,0402 lari artaraq 3,2758 lariyə bərabər olub.