21 İyul 2019
20 İyul 2019
Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası – Bu xəstəliklərdə müalicədir
Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası –Bu xəstəliklərdə müalicədir ARAŞDIRMA 23:00 2019-06-27

Qarabaşaq ( qreçka) yarmaların şahıdır. Hələ ki, genetim dəyişikliyə uğramayıb, ekoloji təmizdir, kimyəvi tərkibi yoxdur. Ondan bişirən sıyıq, şorba, hətta sadəcə suda isladıb yemək çox xəstəliklərdə müalicəvi təsir edir.

Mütəxəssislər  həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda bişmişini yeməyi tövsiyyə edir.

Qarabaşağın orqanizmə 7  faydasını təqdim edirik:

1.Qanda şəkəri salır

Qarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.

2. Damarları möhkəmləndirir

Qarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə, hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.

3.Həzmi normallaşdırır

Tərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ, karbohidrat sintezini sürətləndirir.

4.Bağırsaq xərçənginə qarşıdır

Qarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir, toksinləşməyə qoymur.

5.Dəri, saçlar və dırnaqları möhkəmlədir

Sink, A -B vitamini dırnaq, saçları bərpa edir, parladır. Kalsium isə dişləri, sümükləri bərkidir. Rutin təbii gündənqorunma funksiyasını yerinə yetirir.

6. Sakitləşdirir, əhvalı qaldırır

Depressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır. Qorxulu kabus yuxuları görənlərə də kömək edir.

7.Arıqladır

100 qram suda bişmiş qarabaşaqda cəmi 110 kkal vardır. Bu kifətdir ki, uzun müddət tox və enerjili qalasız. Qarabaşaq sidikqovucudur, bədəndə maye yığılmasına qarşıdır. Səhərlər qarabaşaq sıyığı yeməklə, 10 kq çəki ata bilərsiz.(medicina.az)