Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, liderlər ikitərəfli əlaqələrin ümumi vəziyyətini, strateji sabitlik və regional münaqişələr, xüsusilə İran, Ukrayna, Əfqanıstan, Suriya və Venesuela məsələlərini müzakirə edirlər.