22 Sentyabr 2019
21 Sentyabr 2019
Azərbaycanda at maşını vurdu - VİDEO
Azərbaycanda at maşını vurdu - VİDEO HADİSƏ 10:26 2016-06-20

 
 
Gəncə şəhərində at maşını vurub.

Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, Qəribə hadisə şəhərin Yeni Gəncə qəsəbəsində 28 may küçəsində baş verib. Daşkəsən rayon sakini 46 yaşlı Etibar Qurbanov idarə etdiyi VAZ 2105 markalı avtomobillə hərəkətdə olarkən qəfildən qarşısına at çıxıb. İdarə etməni itirən Etibar Qurbanov atı vurub. Ata heç nə olmasa da avtomobilin qabaq hissəsi və sağ tərəfi əzilib. Etibar Qurbanovun sözlərinə görə at qəfildən qarşısına çıxıb və sahibi yanında olmayıb.

Etibar Qurbanov - sürücü: "Mən özümü itirmişəm məni sükan arxasından buradakı insanlar ayıldıb. Ayılandan sonra atda yox idi, yiyəsi var idisə o da yox idi. Parkdan çıxdı. Parkda insan gəzir at gəzmir. Buna nəzarət edən yoxdumu ki, o at asfaltda nə gəzir? Buna kim baxmalıdı? Mənim maşınım nəyə görə şikəst olmalıdı?"

]