Bakıda 23 yaşlı oğlan bıçaqlanıb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M. Həsənov küçəsində yerləşən Günəş kafesində qeydə alınıb.

Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Peyman Mirzəyev naməlum şəxs tərədindən boyun, boğaz və bədəninin müxtəlif yerlərində bıçaqlanıb.

Yaralı  Respublika Klinik Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.