Azərbaycan boksçusu Alfonso Dominqes "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

Unikal.org xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı Fiori Simone ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1. Dominqes finalda Gor Nersesyan (Ermənistan) - Benjamin Uittaker (Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bir qədər əvvəl digər boksçu Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıb.