Serbiyalı basketbolçu Boban Maryanoviç mövsümün bitimindən sonra tətil fürsətini əldən verməyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Boban həyat yoldaşı Milica Krstiç ilə birlikdə Mikonos adasında istirahət edir.

2,21 sm boyu olan Bobanla 1,76 sm boya sahib həyat yoldaşı Krstiçin boylarının arasındakı fərq, digər istirahət edənlərin marağına səbəb olub və diqqətini çəkib.

Qeyd edək ki, Serbiya millisinin də formasını geyinən Boban, son olaraq NBA təmsilçisi “Filadelfiya”nın şərəfini qouyub. 30 yaşlı basketbolçu hazırda azad agentdir.