Kürdəmir rayonunda 3 maşının iştirakı ilə zəncirvari qəza olub.

Unikal.org Report-a istinadən xəbər verir ki, rayonun Xırdapay kəndindən keçən hissəsində "Dodge" markalı avtomaşınla iki "VAZ-2107" toqquşub.

Nəticədə "Jiquli"lərdən birinin sürücüsü  Dəyanət Əliyev xəsarət alıb.  Qəza zamanı digər "VAZ-2107"ni İltizam Adullayev, "Dodge"ni isə Sahib Baxışov idarə edib. Onların hamısı rayon sakinləridirlər.