“Tottenhem”in transfer hədəfində olan Tanqu Ndombele ilə bağlı “Lion”dan rəsmi açıqlama verilib.

Unikal org xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun transferi haqqında danışan “Lion”un prezidenti Jan-Mişel Olas, onun təzminat məbləğini də açıqlayıb:

“Tottenhem” Ndombele üçün 45 milyon avro təklif etdi və bəzi danışıqlar apardıq. 8 gün də gözləsək, qiyməti 80 milyon avro olar. Tanqu ən yaxşı futbolçularımızdan biridir. O, 45 milyon avrodan daha dəyərli futbolçudur”.

Klub rəhbəri, komandanın digər futbolçusu Memfis Depayın gələcəyi ilə bağlı da danışıb:

“Depayla danışdım. Artıq onun komandada qalacağını deyə bilərəm”.

“Lion”la müqaviləsinin müddəti 2023-cü ilədək olan Ndombele, son mövsümdə iştirak etdiyi 49 oyunda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.