Özbəkistanda Cizak vilayət mərkəzindəki parkda baş verən dəhşətli hadisə nəticəsində ölənlər olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “Uçan boşqab” attraksionu qırılıb. Hadisə nəticədə 1999-cu il təvəllüdlü qız dünyasını dəyişib. Daha bir neçə uşaq yaralanıb. Attraksion işləyən zaman orada 8 uşaq olub. Mexanizmlərindən biri qırılan “Uçan boşqab” 7 metr hündürlükdən yerə çırpılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.