Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar. 

Faktla bağlı araşdırma aparılır.