Yaponiyanın Osaka şəhərində iki gündür davam edən G20 sammiti başa çatıb.

Unikal.org xəbər verir ki, zirvə görüşünün yekununda birgə bəyannamə qəbul olunub. 

Sənəddə dayanıqlı və tarazlı iqtisadi artıma, Ümumdünya Ticarət Təşkilatındakı islahatlara dəstək ifadə olunub, dayanıqlı artım üçün informasiya mübadiləsini razılaşdırılaraq iqlim dəyişikliyinin fəısadları ilə bağlı tədbir görməyin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, növbəti sammitlər 2020-ci ildə Səudiyyə Ərəbistanında, 2021-ci ildə İtaliyada, 2022-ci ildə isə Hindistanda keçiriləcək.