Sumqayıt Apellyasiya Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Dəyanət Comərdovun apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, D.Comərdovun apellyasiya şikayəti təmin ediləyib. İttiham aktına əsasən, D.Comərdov ötən il iyunun 30-da gecə saatlarında Sumqayıt şəhərində kirayə yaşadığı mənzildə baldızı, 4 yaşlı Ceyran Məmmədovaya (ad soyad şərti) qarşı seksual xarakterli hərəkətlər edib.

Belə ki, gecə sərxoş vəziyyətdə olan D.Comərdov azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edib, ona təcavüz edib. Təqsirləndirilən D.Comərdov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Onun sözlərinə görə, qayınatası ilə birgə kirayə yaşadığı mənzilə qayıdanda polis əməkdaşları tərəfindən saxlanılıb:

“Mən Ceyrana qarşı əxlaqsızlıq etməmişəm. Bu böhtandır. Böhtanı da mənə qarşı qonşuluqda yaşayan Zaur adlı şəxs edib. Onun arvadım Zöhrə ilə yaxın münasibəti olub. Məhkəmədən barəmdə ədalətli qərar çıxarmasını xahiş edirəm”.

Məhkəmədə dindirilən 4 yaşlı qızcığaz Dəyanətin ona yemək, şirə aldığını, ona qarşı heç bir pis hərəkətə yol vermədiyini deyib: “Zaur gəlib soka araq qatdı. Amma mən içmədim. Dəyanət mənə heç nə etməyib. Zaur edib. Həmin vaxt Zöhrə evdə yox idi. Polisdən qorxduğum üçün Dəyanətin adını çəkmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Comərdov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.