Gürcüstanın Qara dəniz sahilində güclü fırtına gözlənilir.

Unikal.org xəbər verir ki, bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə halların idarə olunması İdarəsi xəbərdarlıq yayıb.

İdarə əhalini dənizə girməməyə çağırıb.

Qara dəniz sahilində dörd ballıq fırtına qeydə alınıb və proqnoza əsasən, fırtına güclənəcək.

Sahil xəttində dənizə girməyi müvəqqəti qadağanı bildirən qırmızı bayraqlar qaldırılıb. Bununla yanaşı, sahil xəttinə əlavə xilasedicilər qrupu cəlb olunub. Sahilə nəzarət edən xilasedicilər səsgücləndiricilərlə bir neçə dildə insanları təhlükəsizlik normalarına riayət etməyə çağırırlar.

Fırtınadan sonra sahil xəttində dənizə girməyə icazəni bildirən ağ bayraqlar qaldırılacaq.