Lənkəran rayonunda meşə ərazisində yanğın hadisəsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 28 iyun 2019-cu ıl tarixində  ildırım vurması nəticəsində Hirkan Milli Parkının  dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin  köməyi ilə  söndürülüb.

Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib.

ETSN yanğının qarşısının alınmasında nazirliyin əməkdaşlarına kömək və dəstək göstərdiklərinə görə Gəgıran kəndinin sakinlərinə minnətdarlıq bildirir və vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına riayət etsinlər.