Ağstafada 15 yaşlı yeniyetməni ildırım vurub.

Unikal.org xəbər verir  ki, Tovuz rayonu Aşağı Quşçu kənd sakini, 15 yaşlı Roman Elman oğlu Süleymanovu Ağstafa rayonunda ildırım vuraraq öldürüb.

İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən fermaların birində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.