Rusiya yığması Belarusda keçirilən Avropa Oyunlarının komanda hesabında medal sayına görə vaxtından əvvəl qalib olub.

Unikal.org xəbər verir ki, hazırda rusiyalı idmançıların aktivində 39 qızıl, 19 gümüş və 35 bürünc mükafat var.

Hazırda ruslar yaxın izləyiciləri olan Belarus yığması (22-14-25) üçün əlçatmazdırlar.

Azərbaycan yığması medal sayına görə komanda hesabında hazırda 9-cu yerdə qərarlaşıb. Millinin aktivində 5 qızıl, 7 gümüş və 12 bürünc olmaqla 24 medal var.