Türkiyədə 3,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org  xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ "UTC" vaxtı ilə saat 15:15-də qeydə alınıb.

Yeraltı təkanların episentri Van əyalətindən 53 kilometr cənub-qərbdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.