Qubadlı idmançıları iyun ayını yüksək  nəticələrlə başa vurublar.

Unikal.org xəbər verir ki, Qubadlı idmançıları beynəlxalq  turnirdən  2  medal qazanıblar. 

Belə ki, Belarusda keçirilən "Minsk-2019" II Avropa Oyunlarında Qubadlı rayonunun idmançısı, Yunan-roma güləşi üzrə dəfələrlə dünya və Avropa çempionu, İslam həmrəyliyi oyunlarının qalibi  İslam Abbasov 87 kq çəki dərəcəsində II  yeri tutaraq gümüş medal qazanıb.

Qubadlı rayon Uşaq-gənclər İdman Şahmat məktəbinin yetirməsi, Yunan-roma güləşi üzrə Azərbaycan birinciliyinin qalibi Təvəkkül Həziyev  isə  27-30 İyun 2019-cu il tarixində Polşanın Krakov şəhərində keçirilən yeniyetmələr arasında Yunan-roma güləşi üzrə Avropa çempionatının qalibi olaraq fəxri kürsünün  ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək  ki, hər iki idmançının məşqçisi Azərbaycan Respublikasinin əməkdar məşqçisi Bahadur Həziyevdir.