Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunda qeydə alınıb. İki minik avtomobillinin toqquşması nəticəsində 6 nəfərin ağır xəsarət aldığı bildirilir. Xəsarət alanlar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib . Qəza nəticəsində xəsarət alanlar arasında ərəb turistlərin də olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.