19 Avqust 2019
18 Avqust 2019
İraqın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağrıldı - SƏBƏB
İraqın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağrıldı -SƏBƏB DÜNYA 23:43 2019-06-30

İraqın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

H.Aksoy deyib ki, Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında İraq tərəfindən səsləndirilən guya mülki əhalinin zərər çəkməsi barədə fikirlər həqiqəti əks etdirmir və Ankara bunu qəbuledilməz sayır.

Onun sözlərinə görə, bu cür bəyanatlar ikitərəfli münasibətlərdə müsbət dinamikaya ziddir:

"Qeyd edilib ki, Türkiyə İraqın suverenliyinə böyük önəm verir və bu əsasda bölgənin terroristlərdən azad edilməsini vacib hesab edir".