Bakı şəhərinin Xətai rayonunda 6 otaqlı ev yanıb.

Unikal.org xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 220 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 110 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.