05 Dekabr 2019
Təyyarə qəzaya uğradı - 10 nəfər öldü
Təyyarə qəzaya uğradı -10 nəfər öldü DÜNYA 09:13 2019-07-01

ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarəsin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə yerli telekanal CBS DFW xəbər verib.

Məlumata əsasən, hadisə Dallas dairəsinin Eddison şəhərində baş verib.

Qeyd edilir ki, təyyarə hava limanının anqarına çırpılıb. Bunda sonra təyyarə alovlanaraq məhv olunub.

Deyilir ki, təyyarədə olan insanlardan heç biri sağ qalmayıb.