Yevlax rayonunda keçmiş məhkum qətlə yetirilib.

Unikal.org "Report"a istinadən xəbər verir ki. hadisə iyunun 29-da gecə saatlarında Malbinəsi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynov bədənin kəsilmiş-deşilmiş xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu olan kənd sakini Murad Hüseynov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.