Türkiyənin İstanbul şəhərində naməlum şəxs ticarət mərkəzlərində özünü öldürmək istəyib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Maltepedə bir ticarət mərkəzində, gənc oğlan sevgilisi ilə mübahisə etdikdən sonra, başına silah dayayıb, özünü öldürmək istəyib.

Hadisəni görən, insanlar təcili ticarət mərkəzini tərk etməyə başlayıblar. 

Bundan sonra hadisə yerinə, xüsusi polis mnühafizə idarəsinin əməkdaşları gəlib. Polis, intihar etmək istədiyi deyilən adamı razı saldıqdan sonra, onu çölə çıxarıb.

Bundan sonra polis idarəsinə aparıblar.