Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Unikal.org AFFA-ın saytına istinadən xəbər verir, komandamız D qrupunda İspaniya, Ukrayna və Latviya komandaları ilə mübarizə aparacaq. 

Qeyd edək ki, oyunlar iyulun 19-dan 27-dək Moskvada keçiriləcək.