Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər sakini, 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətinə baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə becərilmiş, ümumi çəkisi 6 kiloqram 674 qram olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.