Britaniyanın paytaxtı Londonda naməlum şəxs uçuş vaxtı təyyarədən yerə düşüb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, uçuş zamanı şassi bölməsindən yerə yıxılıb.

Londonda keçirilən axtarışlar zamanı cəsəd Klepam rayonunda evlərin birinin həyətində tapılıb. Hazırda ölənin şəxsiyyəti müəyyənləşdirirlir. Məlumata görə, onun meyiti tanınmaz hala düşüb.

Ehtimal edilir ki, ölən kişi biletsiz olub.