Gürcüstanın Batumi şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya düşüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, qəza nəticəsində 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-ün vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb.