Bu gün "Qarabağ" klubu Avstriyada sonuncu yoxlama oyununa çıxıb.

Unikal.org xəbər verir ki, Qurban Qurbanovun komandası Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə məğlub olub, Rumıniyanın "Krayova" klubu ilə qolsuz bərabərə qalıb, Rusiya təmsilçisi “Ufa”ya isə 2:1 hesabı ilə qalib gəlib.