Gürcüstanda benzin və dizelin qiyməti artıb.

Unikal.org-un xəbərinə görə, “Regular” markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri bahalaşıb.

Bu sahədə fəaliyyət göstərən şirkətlər qiymət artımını Gürcüstan milli valyutası larinin dollara nisbətdə ucuzlaşması ilə əlaqələndiriblər.

Gürcüstan neft məhsulları İdxalatçıları Birliyindən isə bildiriblər ki, bahalaşma beynəlxalq bazarlarda olan qiymət artımı ilə əlaqəlidir.