Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayondakı evlərin birindən 25 min 650 manat və 9 min 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Unikal.org-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyunun 30-da şəhərdəki evlərin birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş R.Novruzov saxlanılıb.