Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş V.Baxşəliyevin evindən 6 kiloqram 807 qram marixuana aşkar edilərək götürülüb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Musaküçə kənd sakini A.Abuşovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.