Türkiyənin Amasya vilayətində 75 yaşlı kişi ərləri ilə problemli yaşayan qadınlara təcüvüz etdiyinə görə saxlanılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, özünü qadınların problemlərinin aradan qaldıran falçı kimi  təqdim edən 75 kişi qadınlara cinsi təcavüz və fırıldaqçılıq etdiyinə görə polis tərəfindən saxlanılıb. 

Bəzi xəstəlikləri və əri ilə arasında olan sıxıntılara çarə axtaran bir qadın, yaxınlarının tövsiyəsi ilə 75  yaşlı O.İ-nin yanına gedib. Hər şeyin üstü sözügedən gündən sonra açılıb. Belə ki, 75 yaşlı kişi ona yuxu dərmanı verərək yatızdırıb və bundan sonra cinsi təcavüz edib. Qadın ayıldıqdan sonra ondan xeyli miqdarda pul alıb və problemlərinin yaxın günlərdə həll olunacağını deyib. 
Bundan sonra cinsi təcavüzə və fırıldaqçılığa məruz qaldığını anlayan qadın 75 yaşlı kişidən polisə şikayət edib.

Amasya Polis İdarəsinin əməkdaşları dərhal falçılıq etdiyi öyrənilən O.İ-nin evində axtarış aparıblar. Axtarışlar zamanı 75 kişinin evindən Muska – “tilsim, bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boyna asılan və ya üzərində daşınan yazılı kağız” aşkarlayıblar. 

İmam vəzifəsindən uzun illər əvvəl qovulduğu öyrənilən O.İ falçılıq yolu ilə qadınları aldatdığı və cinsi təcavüzə məruz qoyub.