ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.

Unikal.org xəbər verir ki, texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb.

Hazırda həmin bombaların axtarışları aparılır. Sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.