İspaniyanın "Atletiko" klubunun futbolçusu Rodri Hernandes karyerasını İngiltərədə davam etdirəcək.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Siti" klubu 23 yaşlı yarımmüdafiəçini 70 milyon avroya transfer edib. 

Qeyd edək ki, Rodri ötən mövsüm La Liqada 34 oyunda forma geyinib, 3 qol vurub, 1 qolun ötürməsini verib.